Rusiya bütün Ukraynanı ələ keçirməyi planlaşdırıb - Sumıda sənədlər tapıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sumı vilayətinin Trostyanets şəhərində Dövlət İstintaq Bürosunun müstəntiqləri Rusiyanın bütün Ukrayna ərazisini ələ keçirməyə hazırlaşdığını göstərən mühüm sənədlər aşkar ediblər.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət İstintaq Bürosunun direktoru Aleksey Suxaçev məlumat verib.
Məlumatda qeyd olunur ki, müstəntiqlər ruslar tərəfindən faktiki dağıdılmış şəhərin 2 min hektardan çox ərazisinə baxış keçirib. Baxış zamanı Rusiya hərbçilərinin sənədləri və şəxsi əşyaları müsadirə edilib.
"Dövlət İstintaq Bürosunun müstəntiqləri Rusiyanın bütün Ukrayna ərazisini ələ keçirməyə hazırlaşdığını açıq şəkildə başa düşməyə imkan verən Rusiya Silahlı Qüvvələrinin hərbçilərinin mühüm sənədlərini tapıblar. Bütün bu məlumatlar öyrəniləcək və iş materiallarına əlavə olunacaq", - deyə Suxaçev qeyd edib.
Dövlət İstintaq Bürosu onu da bildirib ki, istintaq zamanı rusların mülki şəxslərə işgəncə verdiyi yerlər müəyyən edilib. Sakinlərin qanunsuz həbsi və işgəncələrə məruz qalması ilə bağlı ən azı 34 fakt qeydə alınıb.
Hadisə yerindən dəyənəklər, əl qandalları, metal sancaqlar və zərərçəkmişlərin qan izləri olan paltarları aşkar edilib.
Həmçinin, ərazidən ikisi uşaq olmaqla 23 nəfərin cəsədini çıxarıblar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib





