Dünya

Şevçenko müharibədən danışaraq ağladı

10 May 2022 11:42
0 Şərh     Baxış: 830
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əfsanəvi ukraynalı futbolçu və Ukrayna millisinin sabiq baş məşqçisi Andrey Şevçenko İtaliyanın "Mediaset" kanalına müsahibə verərkən emosiyalarını çətinliklə cilovlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Ukrayna müharibəsindən danışan Şevçenko göz yaşlarına hakim ola bilməyib.

Şeva ukraynalıların ehtiyacları üçün ümumilikdə 400 min avroluq böyük dərman partiyası aldığını deyib. Həmçinin "Cenua"nın sabiq çalışdırıcısı müharibə başlayandan sonra dəfələrlə ağladığını və stress keçirdiyini bildirib. O, Ukraynaya sülh gələnə qədər məşqçiliyə qayıtmayacağına söz verib.

"İndi mən diqqətimi yalnız ölkəmə kömək edəcək layihələrə yönəltmişəm", - Şevçenko bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.