"Tərtər işi" ilə bağlı təqsirli bilinən general-mayor Bəkir Orucov və digər şəxslər barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə sonuncu məhkəmə prosesi baş tutub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Ali Məhkəmədə keçirilən prosesdə kassasiya şikayəti təmin edilməyib və aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Bəkir Orucov 9 il 6 ay, Z.Kazımov və Ü.Rəşidov 9 il 6 ay, İ. Məmmədov və R.Məmmədov isə 6 il 6 ay azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə aşağı instansiya məhkəməsinin hökmü dəyişdirilib. Generalın cəzası 9 il 6 aydan 3 il endirilərək 6 il 6 ay qəti cəza saxlanılıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham edilib.
Milli.Az





