Ölkə

Nazir özünə daha bir müşavir təyin etdi

6 Noyabr 2025 14:20
Baxış: 503
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Anar Novruzovu özünə müşavir təyin edib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, o, bu təyinata qədər Azərbaycan İnvestisiya Holdinqində Baş icraçı direktorun müavini olub, ölkə Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Hava Yolları QSC-nin və Təmiz Şəhər ASC-nin Müşahidə Şurasının üzvü təyin edilib.

A.Novruzov Azərbaycan Dövlət İqtisad Universitetində "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə bakalavr təhsilini başa vurduqdan sonra "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Şotlandiyanın Aberdin Universitetində neft, enerji iqtisadiyyatı və maliyyəsi ixtisası üzrə magistr dərəcəsi alıb, ABŞ-də Harvard Biznes Məktəbində Maliyyə İdarəçiliyi və Liderlik, Fransada INSEAD Biznes Məktəbində Transformasiyanın İdarəedilməsi proqramlarını tamamlayıb.

O, peşəkar fəaliyyətinə nüfuzlu beynəlxalq audit şirkətlərində başlayıb, həmin şirkətlərin Səudiyyə Ərəbistanı və Böyük Britaniya ofislərində strateji inkişaf, maliyyə əməliyyatları və audit sahələri üzrə müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.