Dünya

Əfqanıstandan Tacikistana 7 raket atıldı

8 May 2022 22:47
0 Şərh     Baxış: 881
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Əfqanıstanın Taxor əyalətinin Xocaqor ərazisindən Tacikistanın Farxor rayonundakı Pənc sərhəd zastavası istiqamətinə yeddi raket atılıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Tacikistan Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Bildirilib ki, raketlər "Taliban" və İŞİD qruplaşması tərəfindən atılıb. Raketlərin dördü Pənc çayına, üçü isə zastavanın yaxınlığındakı meşə zolağına düşüb.

Qeyd olunub ki, Tacikistan sərhədçiləri tam döyüş hazırlığı vəziyyətinə gətirilib. Tacikistan-Əfqanıstan sərhədində vəziyyət sabitdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.