Dünya

Bu, artıq Rusiyanın təslim olmasıdır - Piontkovski

8 May 2022 12:00
0 Şərh     Baxış: 1 617
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Silahlı Qüvvələrinin uğurlu fəaliyyəti nəticəsində rus ordusunun Xarkov vilayətində 3 körpünü partlatması Putin ordusunun müəyyən qədər təslim olmasından xəbər verir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Piontkovski deyib.

"Onlar Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatına hazırlaşarkən körpüləri partladırlar. Onlar artıq bunu (Ukrayna Silahlı Qüvvələrinin hücumunu - red.) hesablayıblar. Bu, onların bir növ təslim olmasıdır", - politoloq vurğulayıb.

O qeyd edib ki, bu, Ukrayna ordusunun əks-hücumunu çətinləşdirmək üçün edilir: "Fikrimcə, bu, Putinin mayın 9-dan əvvəl düşünə biləcəyi ən yaxşı şeydir".

Onun sözlərinə görə, Ukrayna hərbçiləri ponton körpüləri düzəltməli olacaqlar:

"Bu, Donetsk və Luqanskın ələ keçirilməsini təxminən 2 həftə ləngidəcək, lakin əsas ssenarini dəyişməyəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.