Dünya

Deputatlar gecə klubunda dava saldılar - FOTO

7 May 2022 09:22
0 Şərh     Baxış: 1 365
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa polisi ötən gecə Avropa Parlamentinin deputatlarının iştirakı ilə baş verən insidenti araşdırır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə Strasburqdakı gecə klubunda baş verib. Estoniyadan olan 2 deputat gecə barına girərkən mühafizə xidməti onlardan qarderob üçün ödəniş tələb edib. Lakin deputatlardan biri bundan imtina edərək mühafizəçini təhqir edib. Digər deputat isə mühafizəçini vuraraq yerə yıxıb. Barın rəhbərliyi müştərilərin Avropa Parlamentinin deputatı olduğunu bildiyi üçün müşaqişənin böyüməsinə imkan verməyib.

Estoniya mətbuatı insidentdə adı keçən deputatları müəyyən edib. Onlardan biri keçmiş baş qərargah rəisi Riho Terras, digəri isə, vaxtilə Hitlerlə bağlı müsbət fikirlərinə görə qalmaqal yaratmış Yaak Madisondur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.