Dünya

Conson Makronla Ukraynaya yardım və Rusiyanın təcrid olunmasını müzakirə edib

6 May 2022 23:45
0 Şərh     Baxış: 1 051
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın Baş naziri Boris Conson Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb. Danışıqların mövzuları arasında ikitərəfli münasibətlər, Ukraynaya yardım və Rusiyanın təcrid olunması da var.

Milli.Az bildirir ki, bu barədə "report" Britaniya hökumətin rəsmi saytına istinadən xəbər verir.

Britaniyanın Baş naziri Makronu yenidən seçilməsi münasibətilə təbrik edib və dövlətlər arasında münasibətləri intensivləşdirmək barədə razılıq əldə edilib. Conson Fransa ilə avtokratiyalarla üzləşməkdən tutmuş qlobal enerji təhlükəsizliyinə qədər bir sıra məsələlər üzərində işləməyi hədəfləyir.

Conson və Makron yekdilliklə Putinin müharibəyə başlamasını qəti şəkildə pisləyiblər. Onlar təhlükəsizlik məsələlərini və Ukraynaya yardımı, habelə Rusiya Federasiyasının təcrid olunması tədbirlərini əlaqələndirmək barədə razılığa gəliblər.

"Baş nazir ötən ay Kiyevə səfərindən danışıb və Ukraynaya lazımi hərbi yardım göstəriləcəyi təqdirdə onun qalib gələcəyinə əminliyini bölüşüb. Bu qərarın Ukrayna hökumətinə aid olduğunu təsdiqləyib", - məlumatda bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.