Dünya

Kreml: Mariupolda hələlik Qələbə paradı keçirmək olmaz

6 May 2022 15:48
Baxış: 1 087
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il mayın 9-da Mariupolda Qələbə paradı keçirmək mümkün deyil.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, vaxt gələcək 9 may Mariupolda geniş bayram kimi qeyd olunacaq.

"Əlbəttə ki, orada mayın 9-da rusiyalılar olacaq. Amma mənim heç bir rəsmi nümayəndə heyətindən xəbərim yoxdur. Artıq deyilib ki, bu il təbii ki, bu, məlum səbəblərdən mümkün deyil. Amma vaxt gələcək və geniş bayram olacaq. Hərbçilər tərəfindən hər hansı planın olub-olmadığını deyə bilmərəm, amma mənim həmkarım Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko orada idi və o, bu suallara cavab verdi", - Kremlin sözçüsü vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.