Dünya

Vaksin istehsalçısı rekord qazanc əldə etdi

5 May 2022 11:42
Baxış: 648
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən ilin ilk rübündə ABŞ-ın "Pfizer" şirkətinin gəliri 25.7 milyard dollar təşkil edib. Bu da ötən illə müqayisədə 77% çoxdur. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, göstəricilər şirkətin bu gün yaydığı məlumatda əks olunub.

Hesabat dövründə farmakologiya şirkətinin xalis mənfəəti 8 milyard dollara çatıb. Dövriyyənin artmasının səbəbi koronavirus əleyhinə vaksinlərin kütləvi istehsalıdır.

Şirkət cari ildə təxminən 100 milyard dollarlıq dövriyyəyə nail olmağı planlaşdırır. Bunun da təxminən 20%-i Covid-19 əleyhinə həblərin istehslından əldə edilməlidir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.