Dünya

İrəvan yenə qaynayır: kütləvi həbslər gedir - FOTO

4 May 2022 12:32
0 Şərh     Baxış: 1 123
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İrəvanda etirazlar davam edir.

Milli.Az bu haqda Ermənistan mətbuatına istinadən bildirir.

Bu gün səhər tezdən baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılar şəhərin mərkəzini Ermənistan paytaxtının cənub və cənub-qərb rayonları ilə birləşdirən Kiyev körpüsünü bağlayıblar.

Körpünün hərəkət hissəsində yük maşınları və beton qarışdıran maşınlar düzülüb. Etirazçılar bununla da Yerevanın ən işlək nəqliyyat arteriyalarından birində hərəkəti iflic edə biliblər. Hadisə yerinə gələn "Qırmızı Beretlər" xüsusi təyinatlı polis bölmələri avtomobillərin hərəkəti üçün hərəkəti açmağa cəhd ediblər.

Baqramyan prospekti ərazisində də vəziyyət oxşardır - orada, eləcə də Davitaşen körpüsündə yerüstü keçid bağlanıb. Baqramyan prospekti ərazisində aksiya iştirakçılarının saxlanılmasına başlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə nümayişçilər arasında döyüşlər və kiçik toqquşmalar gedir. Bəzi fəallar polis mikroavtobuslarına yerləşdirilib. Aksiya iştirakçıları "Nikolsuz Ermənistan" şüarları səsləndirirlər.

Aslan Məmmədov
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.