Dünya

Ruslar "Azovstal"a hücuma keçdi, itkilər verdi

3 May 2022 11:15
0 Şərh     Baxış: 998
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Düşmən mülki əhalinin təhlükədən gizləndiyi "Azovstal"dakı binaları atəşə tutmaqda davam edir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Azov" alayı məlumat yayıb.

"Mariupol şəhərinin "Azovstal" ərazisindən dinc əhali qismən təxliyə edildikdən sonra düşmən zavodun ərazisini, o cümlədən mülki əhalinin təhlükədən gizləndiyi obyektləri atəşə tutmaqda davam edir. Xüsusilə də düşmən dəniz artilleriyasından və tanklarından istifadə etməklə hava zərbələri və atəşlər həyata keçirir.

Həmçinin rusların "Azovstal" üzərinə növbəti hücumu zamanı "Azov" alayının döyüşçüləri 5 işğalçını məhv edib", - alayın verdiyi məlumatda qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.