Dünya

Çavuşoğlu ermənilərə “Bozqurd” işarəsi ilə cavab verməsindən danışdı

1 May 2022 20:49
0 Şərh     Baxış: 1 435
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin xarici işlər naziri Uruqvayda onun səfərinə etiraz edən ermənilərə "Bozqurd" işarəsi göstərməsindən danışıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, XİN rəhbəri Uruqvayla hər hansı problemlərinin olmadığını deyib:

"Bizimlə əlaqələri canlandırmaq istəyirlər. Bu çərçivədə səfərimiz oldu. Səfər proqramına əsasən, bir abidəyə çələng qoymalı idik. Uruqvay rəsmiləri hər hansı bir aksiya ehtimalına qarşı bu planı təxirə salmağımızı xahiş etdilər. Biz də təxirə saldıq.

Binamızın açılışı əsnasında binanın önünə o qrupun yaxınlaşmasına imkan verməyəcəkləri ilə bağlı səfirimizə söz verdilər. Söz verdikləri halda, o qrupun oraya yaxınlaşması səhv idi.

Etirazçılar çirkin hərəkətlər nümayiş etdirdilər. Qəbuledilməz çirkin davranışlarından sonra biz də lazımi cavabı verdik. Bizim hərəkətimiz nə Uruqvay rəsmilərinə, nə Uruqvay xalqına, nə də aksiyaçılara təhqirdir. Buna görə bizi günahlandırmaları yersizdir. Gələcəyə baxmalı olduğumuzu dedik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.