Dünya

Rusiya 9 maya qədər "çılğın bir hücum" edəcək

1 May 2022 17:22
0 Şərh     Baxış: 1 197
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biz artıq başa düşürük ki, onlar Donbasda "hücum əməliyyatı" qrafikindən çox geri qalırlar. Ancaq hələ də müəyyən resurslara sahib olduqlarını nəzərə alaraq, hadisələrin inkişafını təsəvvür etmək və ya proqnozlaşdırmaq olar.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Sergey Qrabski Rusiyanın mayın 9-na qədər müharibəni yekunlaşdırmaq istəyi ilə bağlı danışarkən deyib.

O qeyd edib ki, hazırda Luqansk vilayətinin təxminən 93%-i işğal altındadır:

"Buna görə də Severodonetskə doğru çılğın bir hücumu qabaqcadan proqnozlaşdırmaq olar. Göstərmək istəyirlər ki, baxın, biz həqiqətən "Luqansk xalq respublikasını" azad etdik və "tarixi ədaləti" bərpa etdik. Bu, böyük bir qələbə kimi qiymətləndirilə bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.