Dünya

Ukraynada bu şəxslər cəzalandırılacaq - Rus diplomat

28 Aprel 2022 15:00
1 Şərh     Baxış: 935
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kiyev rejiminə sadiq olmayan ukraynalılara işgəncə verənlər və öldürənlər cəzalandırılacaq. Ukraynanın denasifikasiyası başa çatdırılacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri BMT TŞ-nin qeyri-formal iclasında Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin hüquq şöbəsinin rəhbəri Sergey Leonidçenko deyib.

O iddia edib ki, belə aktlar Mariupolda da keçirilib və Mariupol hava limanında Ukrayna Təhlükəsizlik Xidmətinin gizli işgəncə mərkəzinin olması ilə bağlı çoxlu faktiki sübutlar və şahid ifadələri var.

Sergey Leonidçenko bildirib ki, "kitabxana" adlanan bu yer "Azov" alayının 2014-cü ildə Mariupolu "tutmasından" sonra yaradılıb.

O, bu cinayətkarların cəzalanacağını da vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.