Dünya

Putini elə şəkildə təhdid etdim ki... - Tramp

27 Aprel 2022 15:54
0 Şərh     Baxış: 1 531
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Putini daha öncə heç təhdid edilmədiyi bir şəkildə təhdid etmişdim.

Milli.Az avropa.info-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

Tramp prezident olaraq qalsaydı, böyük ehtimalla Ukrayna müharibəsinin yaşanmayacağını iddia edib.

Almaniyanın keçmiş kansleri Angela Merkelə enerji sahəsində Rusiyadan asılılıq barədə xəbərdarlıq etdiyini qeyd edən Tramp Merkelə "ağ bayraq" göndərdiyini deyib.

"Mən Merkelə dedim ki, bir gün sizin Rusiya ilə probleminiz olacaq və təslim olmaqdan başqa çarəniz qalmayacaq. Ona "ağ bayraq" göndərdim və dedim ki, bu, təslim olmağı simvollaşdıran ağ bayraqdır. Merkel mənə dedi ki, "bununla nə demək istəyirsiniz?" Dedim ki, siz enerji baxımından Rusiyadan asılısınız, Almaniya və Rusiyanın tarixinə baxın, belə bir şey olanda mənə bir yaxşılıq edin və bu təslimçilik bayrağını qaldırın", - deyə Tramp qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.