Dünya

Xarici işlər naziri ərinə görə vəzifəsindən getdi

22 Aprel 2022 15:12
0 Şərh     Baxış: 1 053
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Belçikanın xarici işlər naziri Sofi Vilmes beyin xərçəngi diaqnozu qoyulan ərinin səhhətindəki problemlərə görə nazirlik funksiyalarını qeyri-müəyyən müddətə dayandırdığını bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, nazir məlumatı bu gün səhər saatlarında hökumət üzvləri ilə iclasda dilə gətirib.

"Xəstəlik həyatımıza öz təsirini göstərdi, xüsusən də həyat yoldaşım Kristoferin... İndi o dünyada bu xəstəlikdən əziyyət çəkən kişilər, qadınlar və hətta uşaqlar kimi beyin xərçənginin aqressiv formasına qarşı mübarizə aparmalıdır", - deyə Sofi Vilmes əlavə edib.

S.Vilmes təzminat almadan hazırkı nazir vəzifəsindən dərhal istefa vermək qərarını verdiyini də açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.