Dünya

Rusları bu tarixə kimi məhv edəcəyik - Arestoviç

21 Aprel 2022 19:30
Baxış: 1 396
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Döyüşlərin aktiv mərhələsi mayın 9-dək davam edəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

"Ssenari belə də ola bilər - mayın 9-dan əvvəl öləcəklər, aktiv hücuma keçə bilməyəcəklər və ya bəlkə də daha tez olacaq. Və sonra mövqe müharibəsi və iyula qədər biz onları öz torpaqlarımızda tədricən məhv edəcəyik", - Arestoviç söyləyib.

O, bundan sonra rusların "ipək kimi" olacağını, danışıqlara gedəcəyini və ən azı fevralın 23-nə qədər olan vəziyyətə qayıdacağını bildirib:

"Bu variantın əsas şərti kifayət miqdarda Qərb silahlarıdır - ilk növbədə artilleriyalar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.