Dünya

Nəvədən nənəyə qarşı DƏHŞƏT: Onu diri-diri soyuducuya qoydu

19 Aprel 2022 13:12
0 Şərh     Baxış: 2 388
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Corciya ştatında nəvə öz nənəsini öldürüb, sonra tikə-tikə doğrayaraq soyuducuya qoyub.

Milli.Az-ın lent.az-a istinadla məlumatına görə, 82 yaşlı Doris Kamminq keçən ilin dekabrında öldürülüb, lakin onun qalıqları cəmi bir neçə gün əvvəl tapılıb.

Vəhşi qətldən sonra III Robert Keit Tinçer adlı gənc polis onu tapana qədər bir neçə ay nənəsinin cəsədini qoyduğu dondurucu ilə eyni yerdə yaşayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, qadın 2021-ci ilin dekabrında evdə yıxılıb, lakin nəvə ona kömək etməyib və təcili yardım çağırmayıb, əksinə sümükləri sınan qadını evin ətrafında sürüyüb, sonra diri-diri torbaya qoyaraq dondurucuya atıb.

Tibb ekspertiza zamanı da həmin an qadın hələ sağ olduğu təsdiqlənib.

Bu məlumatı gəncin özü də təsdiqləyib. Onun sözlərinə görə, nənəsi onu dondurucuya qoyanda nəfəs alıb və bədəni tərpənib.

Kişi polisin gəlişindən qorxduğu üçün xilasetmə xidməti ilə əlaqə saxlamadığını bildirib. Həmin vaxt amerikalı arvadını hədələdiyi üçün axtarışa verilib. Daha sonra dindirmə zamanı Tinçer nənəsini sevdiyini də etiraf edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.