BMT-nin baş katibi Antonio Quterreş Rusiya Ukraynada hərbi əməliyyatlar başladıqdan bir neçə həftə sonra Rusiya Prezidenti Vladimir Putinlə əlaqə saxlamağa çalışıb.
Milli.Az "report"-a istinadən bildirir ki, bunu keçirdiyi brifinqdə dünya təşkilatının baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
O, Quterreşin bu cür cəhdlər edib-etmədiyi barədə suala lakonik cavab verib: "Bəli". Dujarrik əlavə məlumat verməyib.
"Qalanları aydın olmalıdır", - Düjarrik bildirib.
Milli.Az