"Quterreş fevralın 24-dən sonra Putinlə əlaqə saxlamağa çalışıb"

18 Aprel 2022 22:17

BMT-nin baş katibi Antonio Quterreş Rusiya Ukraynada hərbi əməliyyatlar başladıqdan bir neçə həftə sonra Rusiya Prezidenti Vladimir Putinlə əlaqə saxlamağa çalışıb.

Milli.Az "report"-a istinadən bildirir ki, bunu keçirdiyi brifinqdə dünya təşkilatının baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

O, Quterreşin bu cür cəhdlər edib-etmədiyi barədə suala lakonik cavab verib: "Bəli". Dujarrik əlavə məlumat verməyib.

"Qalanları aydın olmalıdır", - Düjarrik bildirib.

Milli.Az