Dünya

Almaniya vətəndaşlarının yarısı...

18 Aprel 2022 22:12
0 Şərh     Baxış: 748
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya vətəndaşları arasında kansler Olaf Şoltsun fəaliyyətindən narazılıq səviyyəsi onun hakimiyyəti dövründə ən yüksək həddə çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat INSA xidmətinin "Bild am Sonntag" qəzetinin sifarişi ilə apardığı sosioloji rəy sorğusunun nəticələrində əksini tapıb.

Sorğu nəticəsində məlum olub ki, respondentlərin 49 faizi Olaf Şoltsun işini bəyənmədiyi halda, 38 faizi onun kansler kimi fəaliyyətini qənaətbəxş hesab edir. Bu, ötən il dekabrın 8-də vəzifəsinin icrasına başladığı dövrdən bu yana Olaf Şoltsun fəaliyyətindən narazılığın ən yüksək səviyyədir.

Ümumilikdə isə Almaniya vətəndaşlarının 55 faizi federal hökumətin fəaliyyətindən narazıdır. Rəyi soruşulanların yalnız 35 faizi Nazirlər Kabinetinin fəaliyyətini müsbət qiymətləndirib.

Ötən ilin sentyabrında keçirilən seçkilərdə qalib gəlmiş hakim Sosial-demokrat partiyası son 16 ildə ilk dəfə məğlub etdiyi mühafizəkar XDİ/XSİ blokundan mövqe etibarilə azacıq geri qalır. Belə ki, əhali arasında onların tərəfdarları 25 faiz, mühafizəkarların tərəfdarları isə 26 faiz təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.