Dünya

Rusiyanın defoltu Avropanın defoltuna çevrilə bilər - Xəbərdarlıq

18 Aprel 2022 11:12
2 Şərh     Baxış: 1 527
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitriy Medvedev Telegram kanalında bildirib ki, Rusiyanın xarici öhdəlikləri üzrə defolt elanı maliyyə sistemi o qədər də sabit olmayan Avropanın özü üçün hiperinflyasiya və defoltla nəticələnə bilər.

Milli.Az bildirir ki, o, Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenin Rusiyada defoltun an məsələsi olduğuna dair fikirlərinə diqqət çəkib. "Yaxşı, onda cəhd edin", - Medvedev bunu şərh edərkən deyib. Eyni zamanda o, "iki aşkar məqamı" qeyd edib:

"Rusiyanın defoltu Avropanın defoltuna çevrilə bilər. Həm mənəvi, həm də çox güman ki, maddi", - deyə siyasətçi xəbərdarlıq edərək, Aİ-nin maliyyə sisteminin kifayət qədər sabit olmadığını, insanların inamının getdikcə azaldığını qeyd edib.

Təhlükəsizlik Şurası rəhbərinin müavini izah edib ki, Aİ-nin maliyyə sistemi "tamamilə sabit deyil, insanların inamı düşür. "Hətta yaddaqalan 2008-ci ildə belə çox sarsılmadı, amma onda çox çətin idi", - Medvedev əlavə edib.

Fon der Lyayenin bəyanatlarından danışan Medvedev qeyd edib ki, onların əsas mənası "artıq yorğun insanların iztirabları deyil, xüsusi hərbi əməliyyatın başa çatması, Ukraynada çoxdan gözlənilən sülh deyil, Rusiyanın öhdəliklər üzrə defoltudur".

"Belədir! Gecələr gizlicə istədiyiniz budur! Bu, Avropa Birliyinin dərin strategiyasıdır, Brüsseldən olan mazoxistlərin və onların okeanın o tayındakı oyunlardakı tərəfdaşlarının gizli planıdır", - Medvedev deyib.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.