Dünya

Bu ölkədə leysan yağışları nəticəsində ölənlərin sayı 14-ə çatıb

17 Aprel 2022 21:41
0 Şərh     Baxış: 1 204
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanın Assam ştatının şimal-şərqində güclü yağışlar nəticəsində azı 14 nəfər ölüb.

Milli.Az "report"-a istinadən bildirir ki, bu barədə NDTV telekanalı yerli hakimiyyət nümayəndələrinə istinadən məlumat yayıb.

Assamda pis hava üçüncü gündür ki, davam edir. Baş verən təbii fəlakət nəticəsində kəndlərdə yüzlərlə ev dağılıb, ağaclar uçub, elektrik xətləri kəsilib.

Məlumata görə, ümumilikdə 41 mindən çox insanın yaşadığı 1000-dən çox yaşayış məntəqəsi zərər çəkib.

Evsiz sakinlər yaxın şəhərlərə aparılaraq məktəblərin və dövlət qurumlarının binalarına yerləşdirilir.

Meteoroloqlar növbəti beş gündə güclü leysan və tufan yağacağını proqnozlaşdırırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.