Ukraynanın baş naziri Denis Şmıxal Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının rəhbər orqanlarının yaz sessiyası çərçivəsində keçiriləcək tədbirlərdə iştirak etmək üçün gələn həftə Amerika paytaxtına səfər edəcək.
Milli.Az APA-ya istinadən bildirir ki, Ukrayna Nazirlər Kabinetinin rəhbəri ABC televiziyasına müsahibəsində səfərini təsdiqləyib.
Baş nazirdən beynəlxalq ictimaiyyətdən iqtisadi yardım istəmək üçün gələn həftə sessiyada iştirak edib-etməyəcəyi soruşulub. Şmixal cavab verib ki, bizim maliyyə qrupumuz gələn həftə Vaşinqtonda Dünya Bankının, BVF-nin, ABŞ Xəzinədarlığının bütün mütəxəssisləri və rəhbərləri ilə işləyəcək:
"Biz hamımız ölkəmizə maliyyə dəstəyi ilə bağlı danışıqlar aparıb məsləhətləşəcəyik".
O vurğulayıb ki, Ukraynaya humanitar və sosial öhdəliklərini yerinə yetirməsi üçün daha çox pul lazımdır:
"İndi iqtisadiyyatımızın yalnız yarısı işləyir, ona görə də biz maliyyə dəstəyi istəyirik". Onun sözlərinə görə, ölkənin hərbi əməliyyatlarla bağlı büdcə kəsiri "hər ay üçün təxminən 5 milyard dollar təşkil edir".
Milli.Az