Dünya

Mariupolda məsciddə saxlanılan müsəlmanlar xilas edilib

17 Aprel 2022 13:00
0 Şərh     Baxış: 1 282
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya xüsusi təyinatlıları Mariupoldakı məscidlərdən birində saxlanılan müsəlmanları mühasirədən çıxararaq onları xilas edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general -mayor İqor Konaşenkov bildirib.

"Mariupol şəhərinin azad edilməsi üzrə hücum fəaliyyəti zamanı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğanın müraciəti əsasında aprelin 16-da Primorski rayonunda Ukraynalı nasistlərin türk məscidində saxladığı girovların azad edilməsi ilə bağlı xüsusi əməliyyat keçirilib. Əməliyyat nəticəsində məscid mühasirədən çıxarılıb və 29 silahlı, o cümlədən əcnəbi muzdlular məhv edilib. MDB ölkələrindən birinin vətəndaşları olan girovlar azad edilərək təhlükəsiz yerə aparılıb", - deyə Rusiya MN sözçüsü vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.