Dünya

Zelenski: “Dünya Putinin nüvə silahından istifadə etməsinə hazır olmalıdır”

15 Aprel 2022 21:29
0 Şərh     Baxış: 1 448
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Bütün dünya ölkələri Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibəsində taktiki nüvə silahından istifadə edə biləcəyinə hazır olmalıdır".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu CNN telekanalına müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Zelenski qeyd edib ki, Putin Ukrayna xalqının həyatına dəyər vermədiyi üçün nüvə və ya kimyəvi silahdan istifadə edə bilər.

"Tək mən yox, bütün dünya, bütün ölkələr kimyəvi silahın istifadəsindən narahat olmalıdır. Bu, real məlumat olmaya bilər, amma doğru da ola bilər.

Onlar üçün xalqın həyatı heç nədir. Düşünmək lazımdır, qorxmaq yox, hazır olmaq lazımdır", - deyə Zelenski bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.