Dünya

AB: Ukrayna bu iki kriteriyaya cavab versə...

15 Aprel 2022 09:22
0 Şərh     Baxış: 964
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynanın Avropa Birliyinə (AB) üzvlük məsələsini qiymətləndirərkən, Avrokomissiya bu ölkənin iki əsas kriteriyaya cavab verib-vermədiyini müəyyən edir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri AB-nin Ukraynadakı səfiri Matti Maasikas deyib.

"Avropa Komissiyası üzv dövlətlərin tələbi ilə öz rəyinin təhlili üzərində işə başlayıb. Bu iş Ukraynanın AB üzvlüyünün iki əsas meyarına cavab verib-verməməsinə yönəlib: funksiyada olan demokratiya və işləyən bazar iqtisadiyyatı", - o deyib.

Diplomatın sözlərinə görə, Avropa Komissiyası qiymətləndirməni iyun ayına qədər başa çatdırmaq niyyətindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.