Dünya

BMT Rusiyaya Ukrayna ilə bağlı təkliflər verib

13 Aprel 2022 22:44
0 Şərh     Baxış: 1 164
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"BMT Ukrayna ilə bağlı humanitar təşəbbüslərlə Rusiyaya müraciət edib".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu jurnalistlərə BMT-nin baş katibi Antoniu Quterreş deyib.

Onun sözlərinə görə, qurum təkliflərlə bağlı Rusiyadan cavab gözləyir. Təkliflər arasında atəşkəs daxil olmaqla humanitar yardımın çatdırılması və mülki əhalinin evakuasiyası üçün dəhlizlərin yaradılması da var.

Quterreş hesab edir ki, hazırda Ukraynada ümumi atəşkəs mümkün deyil: "Mən humanitar səbəblərdən buna çağırıram".

Bununla yanaşı, Quterreş müəyyən yerlərdə humanitar vəziyyətin yumşaldılması üçün yerli atəşkəs rejimlərinin yaradılmasının mümkünlüyünü də istisna etməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.