Türkiyənin Düzce şəhərində keçirilən sosial test zamanı təmizlik işçisi Rukiye Tuna göstərdiyi davranışla hər kəsin rəğbətini qazanıb.
Milli.Az xəbər verir ki, Düzce Bələdiyyəsi tərəfindən 29 Oktyabr - Cumhuriyyət Bayramı münasibətilə təşkil edilən sınaq zamanı Rukiye Tuna yerə düşmək üzrə olan Türk bayrağını tutmaq üçün qaçaraq müdaxilə edib.
Təmizlik işçisinin davranışı izləyiciləri duyğulandırıb. Görüntülər qısa müddətdə sosial şəbəkələrdə milyonlarla insan tərəfindən izlənilib.
Hadisədən sonra Düzcə Bələdiyyə sədri Faruk Özlü və onun həyat yoldaşı Onur Özlü Rukiye Tunaya sürpriz ziyarət ediblər. Onlar təmizlik işçisinə təşəkkür edərək, ona Türk bayrağı və bir aylıq maaşı məbləğində pul mükafatı təqdim ediblər.
İsmayıl
Milli.Az





