Cəmiyyət

Vətəndaşdan qəribə etiraz - Adlarını dəyişib divara yazdı

30 Oktyabr 2025 15:38
Baxış: 490
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Paytaxtın Sabunçu rayonu ərazisində yerləşən "Göy qurşağı" yaşayış kompleksində xoşagəlməz hadisə baş verib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, kompleksin bloklarının qapılarına təhqiramiz ifadələrlə dolu plakatlar yapışdırılıb.

Kompleksin nümayəndəsi və sakinlər məsələ ilə bağlı polisə müraciət edib. Sabunçu Rayon Polis İdarəsinin 15-ci PŞ-nin apardığı araşdırmalarla bunu edən şəxsin binada yaşayan 1972-ci il təvəllüdlü Masallı sakini V.Babayev olduğu müəyyənləşib.

Məlum olub ki, vətəndaş binanın komendantlığından və təmizlik işçilərindən narazıdır. O, əvvəllər də dəfələrlə bina sakinlərini və təmizlik işçilərini söyərək təhqir edib. Bu dəfə isə həmin şəxs ad çəkmədən və ya adlardakı hərflərdən birini dəyişərək orada yaşayanların ünvanına təhqirlər yazıb və divarlara yapışdırıb.

Belə ki, V.Babayev konkret ad çəkməyib, Sahib əvəzinə Sahibə, Əlixan əvəzinə Dəlixan (adlar şərtidir) və s. yazıb.

O, ifadəsində bildirib ki, komendantlığın əməkdaşları konstitusion hüquqlarını pozur: "Erməniləri söymüşəm, binanın sakinlərini deyil. Əməlimdən peşman deyiləm, çünki məni binanın həyətində oturmağa qoymurlar. Odur ki, protokolun təmin edilməməsini xahiş edirəm".

Həmçinin məlum olub ki, V.Babayev daha əvvəl də binanın qarşısındakı söhbətgahlara təhqiramiz ifadələr yazıb. O, dəfələrlə şifahi xəbərdarlıqlar olmasına baxmayaraq, sərxoş halda söyüş söyərək, səs-küy yaradaraq bina sakinlərinin narazılıqlarına səbəb olub. Həmçinin 2020-ci ildən bu günədək heç bir kommunal ödənişi etməyib.

Sabunçu Rayon Məhkəməsinin qərarı ilə V.Babayev 50 manat cərimə edilərək sərbəst buraxılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.