Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. İslam Rzayevlə bərabər bir neçə digər rəsmi şəxs saxlanılıb.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Balakən rayonundan Milli Məclisin deputatı seçilən Nəsib Məhəməliyev açıqlama verib.
Nəsib Məhəməliyev bildirib ki, ehtimallarla bağlı danışmağı sevmir:
"İcra başçısı ilə münasibətlərimiz sırf rəsmi çərçivədə olub. Ola bilər ki, bu məsələ Ramiz Mehdiyevlə əlaqəli olsun. Ramiz Mehdiyevlə bağlı mətbuatda kifayət qədər məlumat var və indiki halda heç nəyi istisna etmək olmaz. Mən insanların şəxsi həyatlarına və üçüncü tərəflərlə münasibətlərinə qarışmıram.
Biz uzun illərdir bir yerdə çalışırıq. Mən artıq 10 ildən çoxdur ki, həmin rayonu təmsil edirəm. Qəbullar zamanı icra başçısı və bəzi vəzifəli şəxslərlə bağlı müxtəlif şikayətlər daxil olub. Mən bu müraciətləri aidiyyəti qurumlara çatdırmışam. Bəzi məsələlər operativ şəkildə həllini tapıb. Bəzilərinə isə cavab verilməyib və mən buna tənqidi yanaşmışam". /azxeber.com
Milli.Az





