Həmin evlərə heç vaxt çıxarış verilməyə bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin sədri Nigar Alimova sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı danışıb.
O bildirib ki, hər hansı sənədi olmayan tikililərə sənədlərin verilməsinə baxıla bilər.
"Bugünkü mərhələdə istənilən növ amnistiya təşviq xarakterli olmamalıdır. Özbaşına tikililərin qanunla qadağan olduğunu bilməliyik. Bununla bağlı həm kommunal proseslərdə, həm də sənədləşməsində sonradan problem yaranır."
Qurum rəsmisinin sözlərinə görə, özbaşına tikilərin sənədləşdirilməsinə qanunla qadağalar var. Bu qadağalar haqqında hallar həm torpaq, həm də mülki məcəllədə qeyd olunub.
"Azərbaycanda hazırda 400-500 min sənədsiz tikili mövcuddur. Bu tikililərin dəqiq sayını müəyyən etmək üçün geniş araşdırılma aparılmalıdır."

Sədrin açıqlaması qadağan olunmuş ərazilərdə tikilən evlərin sənədləşdirilməsi məsələsini yenidən gündəmə gətirir.
Maraqlıdır, hansı ərazilərdə tikilən evlərə ümumiyyətlə sənəd verilməyə bilər?
Milli.Az xəbər verir ki, əmlak eksperti Elnur Fərzəliyev Day.Az-a açıqlamasında deyib ki, Azərbaycanda, xüsusən paytaxt Bakı və Abşeron ərazisində çox sayda fərdi yaşayış evlərinin çıxarışı - yəni rəsmi mülkiyyət sənədi yoxdur.
"Bu sənədsiz evlərdən bir qismi sovet dövründən qalsa da, böyük hissəsi 1990-cı illərdən bu günə qədər tikilmiş evlərdir. Kənd və qəsəbələrdə də oxşar vəziyyət müşahidə olunur. Belə çıxarışsız əmlakların çoxluğunun müxtəlif səbəbləri var. Əsas səbəblərdən biri odur ki, bu evlərin çoxu torpağın təyinatı uyğun olmayan sahələrdə tikilib. Yəni əgər fərdi yaşayış evinin çıxarışla təmin olunması üçün həmin torpaq sahəsi "yaşayış məntəqələri torpaqları" kimi qeydə alınmayıbsa, bu evə çıxarış verilə bilməz."

Ekspert Elnur Fərzəliyevin sözlərinə görə, Azərbaycanda sənədsiz evlərin çoxluğunun əsas səbəblərindən biri odur ki, bu evlərin çoxu torpağın təyinatı uyğun olmayan sahələrdə tikilib.
"Yəni fərdi yaşayış evinin çıxarışla təmin olunması üçün həmin torpaq sahəsi "yaşayış məntəqələri torpaqları" kimi qeydə alınmayıbsa, bu evə çıxarış verilə bilməz. Bundan başqa, bəzi evlər dövlət torpaqları və ya qadağan olunmuş ərazilərdə yerləşdiyi üçün sənədləşdirilə bilmir. Məsələn, mühafizə zolaqlarında, yüksək gərginlikli elektrik xətlərinin yaxınlığında və digər belə zonalarda tikilən evlərə çıxarış verilmir. Eyni zamanda köhnə kolxoz və sovxozlar tərəfindən ayrılmış torpaq sahələri üzərində tikilmiş evlər də sənədsiz qalır, çünki həmin sahələrin hüquqi statusu dəqiq müəyyənləşməyib və bu səbəbdən çıxarış almaq uzun və mürəkkəb prosesə çevrilir."
Ekspert bildirib ki, amnistiyanın tətbiqi nəticəsində bu problemlərin qısa müddətdə - bir neçə il ərzində öz həllini tapması real görünür.
DİGƏR XƏBƏRLƏR
-
Yenicə ailə quran Xananın əri ilə görüntüləri maraq doğurdu: Tanışlıq hekayəsini danışdı - (Video)
-
"Qarabağ" "Tvente"ni məğlub edib - (Video) - (Yenilənib)
-
Bakı və Sumqayıtın bəzi ərazilərində işıq olmayacaq
-
Türk müğəninin 3-cü üçüncü qızı dünyaya gəldi (Foto)
-
Xalq artistinin bloqer qızı yenicə doğulan qızı ilə - (Foto)
-
Salyanda avtomobil aşıb, ana ölüb, əkiz oğulları xəsarət alıb
XƏBƏR LENTİ
-
Yenicə ailə quran Xananın əri ilə görüntüləri maraq doğurdu: Tanışlıq hekayəsini danışdı - (Video)
-
Pul və bolluğu necə cəlb etmək olar? - Numerologiyaya görə...
-
Bürcünüzün hansı gizli gücü var?
-
"Qarabağ" "Tvente"ni məğlub edib - (Video) - (Yenilənib)
-
Mahir Emreli "Rakuv"da növbəti qolunu vurub
-
"TikTok"da pul göndərmək mümkün olacaq
-
Bakı və Sumqayıtın bəzi ərazilərində işıq olmayacaq
-
Türk müğəninin 3-cü üçüncü qızı dünyaya gəldi (Foto)
-
Gürcüstanda hər 15 nəfərdən biri Azərbaycan dilində danışır
-
“Mançester Yunayted” 65 milyon funt sterlinqə oyunçu aldı
-
Xalq artistinin bloqer qızı yenicə doğulan qızı ilə - (Foto)
-
22 yaşlı fenomen motosiklet qəzasında öldü
-
Gürcüstanda azərbaycanlı merin qardaşı həbs edildi
-
Salyanda avtomobil aşıb, ana ölüb, əkiz oğulları xəsarət alıb
-
“Qarabağ” “Tvente”yə qarşı - Start heyətlər
-
AZAL təyyarə göyərtəsində POS-terminalla ödəniş imkanını istifadəyə verib
-
Mais Ağayev bu tv-yə rəhbər təyin olundu
-
Oteldə iş yoldaşını öldürən şəxsin cəzası bəlli oldu
-
Şahzadə Diananın qardaşı onun barəsində sensasion kitab yazdı: “Yalanları ifşa edəcəyəm”
-
Avqustun sonu bu bürclərin üzü güləcək
-
44 il sonra evlənəcəklər - (Foto)
-
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə hücum edildi
-
Şimali Koreyanın 57 nüvə silahına malikdir
-
“Bu kəndlər Ermənistan ərazisi deyil”





