“Temu” insanları necə aldadır? - Əməkdar artist məhkəməyə verdi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əməkdar artist Nahidə Orucovanın fotosu Çinin onlayn alış-veriş platforması olan "Temu"da yerləşdirilib. Məhsulun effektini göstərmək üçün tonal kremin reklamında azərbaycanlı aktrisanın fotosundan istifadə edilib. Sözügedən foto isə azərbaycanlı stilist Anar Ağakişiyevin 2018-ci ildə Əməkdar artistlə çəkdiyi dəyişim videosundan götürülüb.
Milli.Az xəbər verir ki, bununla bağlı əməkdar artist Nahidə Orucova Medialoq.az-a açıqlama verib.
O qeyd edib ki, "Temu" şəkli özbaşına paylaşıb:
"Bu məsələyə dair vəkillə danışmışam. Mənə xəbər vermədən, hansı ixtiyarla bu şəkil ucuz məhsullarla paylaşılıb? Öz tərəfimdən, mətbuat katibim onlara məktub göndərib. Hələ ki, onlardan cavab yoxdur. O foto illər öncə çəkilib və orada Anar bəy öz məhsullarından istifadə edib. Anarın bütün məhsulları brenddir. Lakin onlar, öz ucuz məhsullarını mənim şəklimlə brend kimi təqdim ediblər. Bütün hallarda bu məsələ məhkəməlikdir. Mən icazə verirəm, bu məsələ qaldırılsın".
"Temu"dan Milli.Az-a bildirilib ki, "Temu" platformasında görüntülərin və ya məzmunun hər hansı icazəsiz və ya qeyri-münasib istifadəsini qadağandır. Əqli mülkiyyət hüquqlarını qorumaq və çaşdırıcı məzmunun qarşısını almaq üçün müvafiq siyasətlər və icra prosesləri həyata keçiririk. Bu məsələdən xəbərdar olduqdan sonra, biz dərhal həmin elanı sildik və siyasətimizə uyğun olaraq bu növ halları izləməyə və aradan qaldırmağa davam edəcəyik".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Məşhur aktyor metroda gecələdi - (Foto)
-
Kəmalə Günəşli canlı ifası ilə müzakirə yaratdı - (Video)
-
“Görmüşəm ki, xanım sənətçini qolundan tutub səhnədən aşağı endiriblər”
-
“Yeraltı” serialının aktyoru rus fanatları ilə - (Video)
-
Nəfəsin ifasına əməkdar artistin rəqsi diqqət çəkdi - (Video)
-
Zahidə Günəş böyük biznesə başlayacaq: “ Heç kim açılışda 1 manat da xərcləməyəcək" - (Video)
XƏBƏR LENTİ
-
Bərdədə yeniyetmə ağır qəza törətdi
-
Bakıdan Moskvaya gəmi ilə kruiz turu başlayacaq
-
Bakıya uçan təyyarə havaya qalxa bilmədi
-
Bakıdan Tbilisiyə daha ucuz qiymətə gedə biləcəksiniz
-
"Nobel" arzusu xanımına nəsib ola bilər
-
Tramp kameraların önündə jurnalisti təhqir etdi
-
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
-
Paşinyan yeni pasport üçün şəkil çəkdirdi
-
Məşhur aktyor metroda gecələdi - (Foto)
-
“44” filminin kinoteatr nümayişində rekord izləyici qeydə alınıb
-
Neymardan sonra bunu bacaran ilk futbolçu oldu
-
Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək
-
Kəmalə Günəşli canlı ifası ilə müzakirə yaratdı - (Video)
-
Noyabrın 1-nə olan hava proqnozu açıqlanıb
-
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
-
Kredit götürənlərə pis xəbər! – Bu yaşda olanlar sığortalanmayacaq
-
“Görmüşəm ki, xanım sənətçini qolundan tutub səhnədən aşağı endiriblər”
-
“Yeraltı” serialının aktyoru rus fanatları ilə - (Video)
-
Anbardar iş adamını aldatdı: Milyonluq dələduzluq
-
Nəfəsin ifasına əməkdar artistin rəqsi diqqət çəkdi - (Video)
-
Bu ərazimizə qar yağdı
-
Azərbaycanlı alim vəfat etdi
-
İlon Maskdan görmə qabiliyyətini tamamilə itirənlər üçün yeni cihaz
-
Bu rayonda bir sıra məktəb və bağçaların adları dəyişdirildi





