Rafah sərhəd-keçid məntəqəsi fevralın 1-də hər iki istiqamətdə açılacaq.
Milli.Az "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyi məlumat yayıb.
"Qəzza zolağına giriş-çıxışa Rafah sərhəd-keçid məntəqəsi vasitəsilə və Misirlə koordinasiya ilə icazə veriləcək. Bu, həmin şəxslərin əvvəlcədən İsrail tərəfindən təhlükəsizlik yoxlanışından keçməsindən sonra və Avropa İttifaqı missiyasının nəzarəti altında olacaq", - MN-dən bildirilib.
Qeyd edək ki, Misir sərhədində yerləşən Rafah sərhəd-keçid məntəqəsi Qəzza zolağına humanitar yardımların daxil olması üçün böyük əhəmiyyət daşıyır./Apa
Milli.Az





