Cəmiyyət

Bu ixtisasın tələbələrinə yüksək təqaüd ŞANSI

30 Yanvar 2026 17:35
Baxış: 351
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda "Su ehtiyatlarının idarəedilməsi" ixtisası üzrə təhsil alan tələbələrin ümumilikdə 700 manata yaxın təqaüd almaq imkanı var.

Milli.Az xəbər verir ki, bu ildən Azərbaycan-Fransız Universitetində sözügedən ixtisasa qəbul olunan tələbələr akademik göstəricilərindən asılı olaraq eyni vaxtda üç fərqli təqaüd proqramından yararlana bilərlər.
 
Təqaüdlərə 240 manat məbləğində dövlət təqaüdü (əlaçı tələbələr üçün), Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin ayırdığı 200 manatlıq dəstək və ADNSU tərəfindən təsis edilən 250 manatlıq "Eyyub Tağıyev" adına təqaüd daxildir.

Bildirilib ki, hər üç təqaüdü əldə etmək üçün tələbələrdən yüksək akademik nəticələr tələb olunur.

Qeyd edək ki, "Eyyub Tağıyev" adına təqaüd ötən il təsis edilib və texnika elmləri doktoru, professor Eyyub Tağıyevin elmi irsinə həsr olunub. (Ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.