"Gərək bir-birinin "gözünü çıxarsınlar""
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Sosial şəbəkəni izləyəndə görürsən ki, hərəsində adımıza bir böhtan atırlar. Bu qərəzli məlumatlar ya kimsə tərəfindən idarə olunur, ya maliyyələşdirilir, ya da nədənsə narazı olan var. Amma yüz yalandan birinə cavab veririk. Hamısına cavab versək, gərək bütün işimizi-gücümüzü ataq, onlarla məşğul olaq. Lap ağ yalan, böhtan olanda məhkəməyə müraciət edirik".
Milli.Az xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayev deyib.
O bildirib ki, bu günə qədər məhkəməyə verilənlər də olub, üzr istəyənlər də:
"Əgər yalan danışıb, böhtan atacaqlarsa, yenə də məhkəməyə müraciət edəcəyik".
Xalq yazıçısı bildirib ki, AYB sədri olduğu üçün iradlar ona da ünvanlanır:
"Çünki 39 ildir ki, bu qurumun rəhbəri mənəm. Deməli, bu iradlar mənə də aiddir".
"O ki qaldı üzvlük haqqına görə birlikdən xaric edilənlərə, biz qərar çıxardıq ki, beş il üzvlük haqqı ödəməyənlər ya bu məbləği ödəsinlər, ya da birlikdən xaric ediləcəklər. Bəziləri bu məbləği ödədilər, ödəməyənlər isə xaric edildilər. Gələcəkdə də belə olacaq. Əgər yazıçı ildə 15 manat ödəmirsə, sonra niyə nədənsə narazılıq etməlidir? Yazıçılar Birliyi haqqında hər şey yazırlar, amma ildə 15 manat ödəməyə qıymırlar. AYB-də sədr yeri isə birdir, bu qədər adam bir yerə göz dikibsə, onda gərək bir-birinin gözünü çıxarsınlar", - deyə AYB sədri əlavə edib.
Xatırladaq ki, yazıçı Anar bu il yanvarın 8-də üzvlük haqqı ödəməyənlərin Azərbaycan Yazıçılar Birliyindən (AYB) xaric ediləcəklərini bildirmişdi.
"Üzvlük haqları zəruri xərclərimizə sərf olunur. Biz yığılan o haqları mükafatlara, kitab çaplarına xərcləyə bilərik. Yazıçılar Birliyinin 3 000 üzvü var. Onlardan 2 500 nəfəri üzvlük haqqını vermir. İl ərzində 15 manat nədir ki, onu da ödəmirlər? Əgər bizə dövlət tərəfindən maliyyə yardımı olmasa, üzvlük haqqı ilə dolanmaq mümkün deyil. 500 adamın ildə 15 manatı ilə dolanmaq olar?" - AYB sədri demişdi.
Həmçinin qurumdan fevralın 1-dək yazıçılara ödəməni etmək üçün vaxt verildiyi, həmin günə qədər ödəniş etməyənlərin növbəti siyahısının dərc olunacağı bildirilmişdi.
DİGƏR XƏBƏRLƏR
-
Sabah Naxçıvanın bir sıra ərazilərində işıq kəsiləcək
-
Məktəblərdə vahid geyim qaydaları: dünyəvi təhsil, dövlətçilik və milli maraqlar
-
Azərbaycana gələn turistlərin xərcləri 16 %-ə yaxın azalıb
-
Paltaryuyan maşında problem tapılmırsa, səbəb nə ola bilər?
-
Hava kəskin dəyişir - Xəbərdarlıq edildi
-
Azadlıq prospektində yeni zolaq təşkil edildi
XƏBƏR LENTİ
-
Dambrauskas: "Hər kəs bizdən "Slaviya" ilə matçda qələbə gözləyir"
-
Sabunçuda psixotrop maddə qəbul edən şagirddən məktəbdə qorxunc əməl
-
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib - (Foto/Video)
-
Sabah Naxçıvanın bir sıra ərazilərində işıq kəsiləcək
-
Məktəblərdə vahid geyim qaydaları: dünyəvi təhsil, dövlətçilik və milli maraqlar
-
Azərbaycana gələn turistlərin xərcləri 16 %-ə yaxın azalıb
-
Röyanın həmkarına təyyarədə sözləri diqqət çəkdi: "Səni kluba aparacaqdım" - (Video)
-
Paltaryuyan maşında problem tapılmırsa, səbəb nə ola bilər?
-
Nəfəsin bu görüntüsü tənqid edildi - (Video)
-
Anar Hacıyev “Qarabağ”dakı vəzifəsindən ayrıldı
-
Ucarda sərnişin avtobusu yandı
-
Hava kəskin dəyişir - Xəbərdarlıq edildi
-
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - (Foto)
-
Şöhrət Məmmədov Azərbaycanla vidalaşdı – (Video)
-
Türkiyəli məşhur aktyor vəfat edib
-
Azadlıq prospektində yeni zolaq təşkil edildi
-
Zeedorfun yeni iş yeri bəlli oldu
-
Sabah yola çıxanlar bunu nəzərə alsın
-
"6, 7 yaşında uşaqların başını bağlamağa nə ehtiyac var?"
-
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib - (Foto)
-
Pakistanda hərbi təlim təyyarəsi qəzaya uğradı, iki pilot həlak oldu
-
Elçin Hüseynov Cengiz Kurtoğlu ilə bir arada - (Video)
-
“Qalatasaray” - “Barselona” oyunu öncəsi 9 nəfər saxlanıldı
-
Arda Turanla danışıqların detalları bəlli oldu





