Cəmiyyət

Nərimanovda küçədə səkilər bərbad gündədir - Küçəni bu vəziyyətə MTK salıb

30 Oktyabr 2025 16:19
Baxış: 471
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Nərimanov rayonu Əhmədbəy Ağaoğlu küçəsində səkilər bərbad gündədir. 

Milli.Az xəbər verir ki, həmin küçədə yaşayan sakinlər iddia edirlər ki, küçəni bu vəziyyətə MTK salıb. Daha sonra isə tikinti şirkəti dağılan yolu düzəltmək əvəzinə səkiyə sadəcə taxta döşəyiblər. 

Məsələ ilə bağlı nəqliyyat eksperti Samuran Səmədbəyli bildirib ki, dəymiş ziyan MTK tərəfindən aradan qaldırılmalıdır:

"Binaların tikintisi zamanı səkilərə və yol infrastrukturuna ziyan dəyərsə, dəymiş ziyana görə məsuliyyəti birbaşa tikinti şirkəti daşıyır. Bu kimi halların aradan qaldırılması üçün müvafiq icra orqanları bunu nəzarətdə saxlamalıdır. Həmçinin, tikinti şirkətləri də çalışmalıdırlar ki, təmir zamanı yollara zərər verilməsin". 

Məsələ ilə bağlı Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatından bildirildi ki, qeyd olunan ərazidə həyata keçirilən tikinti işləri yekunlaşmaq üzrədir. İnşaat işləri sonlanan kimi səki MTK tərəfindən tam bərpa olunacaq. 

Aysel Əkbər
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.