Ölkə

Bakıda məktəbdə şagirdlər 1 aydır dərsə getmirlər - FOTOFAKT

30 Oktyabr 2025 15:57
Baxış: 1 353
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakı məktəbində şagirdlərin bir aydan çox müddətdə dərsə getmədiyi məlum olub.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı lent.az yayıb. Bildirilib ki, davamiyyətlə bağlı qeydlər məktəbin ənənəvi kağız jurnalında aparılıb.

Məlumata əsasən, sözügedən jurnal Yasamal rayonunda yerləşən Aytəkin Məmmədov adına 38 saylı tam orta məktəbə məxsusdur. Hərçənd jurnalda sinif səviyyəsi göstərilməsə də, "Coğrafiya" və "İnformatika" fənləri üzrə sentyabr-oktyabr aylarının davamiyyət qeydləri şagirdlərin 90 faizindən çoxunun bu müddət ərzində dərsə qatılmadığını göstərir.

Hazırda məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinə sorğu göndərilib. İdarədən məsələyə münasibət bildirilməsi gözlənilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.