Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak bildirib ki, Ukrayna üçün daha çox silah göndəriləcək. Söhbət Aİ ölkələrindən tədarükdən gedir.
Milli.Az bildirir ki, Yermakın Telegram-da verdiyi məlumata görə, Aİ xarici işlər nazirlərinin görüşü baş tutub. Baş diplomat Cozep Borrell onun nəticələri barədə danışıb.
"Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin görüşündən sonra Avropa İttifaqının bütün 27 ölkəsi Ukraynaya silah tədarükünü dəstəkləyib", - Yermak Borrelin bəyanatına istinadən bildirib.
Yermakın sözlərinə görə, Aİ işləri sürətləndirir, lakin daha da böyük sürətlə işləməlidir.
Aslan Məmmədov
Milli.Az