Dünya

BMT: Ukraynada 1,8 mindən çox mülki şəxs ölüb

11 Aprel 2022 23:19
0 Şərh     Baxış: 1 082
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynada müharibə zamanı 1,8 mindən çox mülki şəxs həlak olub.

Milli.Az "report"-a istinadən bildirir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının hesabatında deyilir.

"Rusiya Federasiyasının Ukraynaya silahlı hücumunun başladığı 24 fevral saat 04:00-dan indiyədək Ukraynada 1 842 mülki vətəndaş ölüb, 2 493 dinc sakin isə yaralanıb", - hesabatda göstərilib.

Ölən 1 842 nəfərin 474-ü kişi, 301-i qadın, 28-i qız, 50-si oğlandır, həmçinin 70 uşaq və 919 yetkin şəxsin cinsiyyəti hələ müəyyən edilməyib.

2 493 yaralının isə 287-si kişi, 216-sı qadın, 49-u qız və 50-si oğlandır, o cümlədən cinsiyyəti hələ tam dəqiqləşdirilməmiş 134 uşaq və 1 757 yetkin şəxs var.

Bəzi rayonlarda ərazinin minalanması səbəbindən mülki əhali arasında itkilərin sayının hesablanması mümkün deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.