Dünya

Zelenski: "Daha ağlaya bilmirəm"

9 Aprel 2022 16:24
0 Şərh     Baxış: 3 084
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mən bu qədər qırğından, insan ölümündən sonra daha ağlaya bilmirəm".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın "Bild" nəşrinə müsahibəsində deyib.

"Bəli, mən Rusiyaya, rus əsgərlərinə nifrət edirəm. Yayılan kadrlar - ayaqsız, qolsuz uşaqların görüntüləri sadəcə dəhşətdir. Qurbanların taleyi bizə adi gələ bilməz", - o bildirib.

Zelenski "CBS News"a müsahibəsində isə baş verənlərə görə Rusiya hakimiyyətinin məsuliyyət daşıdığını bildirib: "Rusiya Prezidenti Vladimir Putin hərbi cinayətlərə görə məsuliyyət daşıyır. Həmçinin onun əmrini icra edən, bu işdə əli olan hər kəs həmin siyahəya daxildir".

Qeyd edək ki, Zelenski daha əvvəl Putinlə birbaşa danışıqların zəruri olduğunu söyləmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.