Dünya

Rusiya təkzib etdi: Raketi biz atmamışıq

8 Aprel 2022 14:54
3 Şərh     Baxış: 3 687
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 8-də Rusiyanın Donetsk vilayətinin Kramatorsk dəmir yolu stansiyasına raket hücumu həyata keçirməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) yaydığı məlumatda bildirilib.

"Kiyev millətçi rejiminin nümayəndələrinin Rusiya tərəfindən aprelin 8-də Kramatorsk şəhərindəki dəmiryol vağzalında həyata keçirdiyi iddia edilən "raket hücumu" ilə bağlı bütün bəyanatlar təxribatdır və tamamilə həqiqətə uyğun deyil. Rusiya silahlı qüvvələrinin aprelin 8-də Kramatorsk şəhərində hər hansı atəş tapşırığı olmayıb və planlaşdırılmayıb", - Rusiya MN-in məlumatında qeyd olunub.

Rusiya MN-dən o da bildirilib ki, fraqmentləri Kramatorsk dəmir yolu stansiyası yaxınlığında aşkarlanan və hadisə şahidləri tərəfindən dərc edilən "Toçka-U" taktiki raketlərindən yalnız Ukrayna hərbçiləri istifadə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.