Dünya

Rus diplomatlarını çıxaran ölkələr sərt cavablar alacaq - Zaxarova

7 Aprel 2022 16:36
0 Şərh     Baxış: 942
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya diplomatlarını ölkədən çıxaran ölkələr Moskvadan sərt cavablar alacaqlar.

Milli.Az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Solovyov Live" layihəsinin efirində deyib.

"Onlar bizim üçün faydalı olan sərt cavab alacaqlar", - diplomat bildirib.

Zaxarova onu da əlavə edib ki, bu Qərb ölkələri öz ərazilərindəki Rusiya səfirliklərini bağlamayacaqlar.

"Onlar başa düşürlər ki, bu halda Rusiyadakı səfirliklərində anbar kilidi görəcəklər", - Xarici İşlər Nazirliyinin sözçüsü deyib.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.