Dünya

Şok: Zelenski razılaşsaydı, müharibə olmayacaqdı... - “Voll Strit” jurnalı

3 Aprel 2022 10:30
2 Şərh     Baxış: 2 993
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Prezidenti Vladimir Zelenskinin hərbi münaqişədən qaçmaq şansı olub.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Voll Strit" jurnalı məlumat yayıb.

Nəşr Ukrayna prezidentinin fevralın 19-da səfərə gəldiyi Münhen Təhlükəsizlik Konfransı çərçivəsində daxili məlumatları təqdim edib. Almaniya kansleri Olaf Şolts məsələni sülh yolu ilə həll etməyə çalışıb:

"Şolts Moskva ilə Kiyev arasındakı münaqişəni həll etmək üçün son cəhd edib. O, fevralın 19-da Münhendə Zelenskiyə deyib ki, Ukrayna Qərblə Rusiya arasında geniş Avropa təhlükəsizlik sazişinin bir hissəsi kimi NATO-ya bağlı istəklərindən əl çəkməli və neytrallığını elan etməlidir.

Berlinin təklifinə görə, bundan sonra ABŞ və Rusiyanın Ukraynanın təhlükəsizliyinə birgə təminat verəcəyi pakt imzalanmalı idi.

Zelenski deyib ki, belə bir razılaşmada Putinə etibar etmək olmaz və ukraynalıların əksəriyyəti NATO-ya üzv olmaq istəyir. Onun cavabı alman rəsmilərini narahat edirdi ki, sülh şansı azalır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.