Dünya

Erməni fırıldaqçı MƏRC OYUNLARINA görə Rusiyada axtarışa verildi

1 Aprel 2022 17:42
0 Şərh     Baxış: 1 051
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyalı blogger Xizri Zapirov mərc bukmekerləri üzərindən fırıldaqçılıq etməkdə ittiham olunub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, şəhər məhkəməsi ona qarşı çoxsaylı ittiham irəli sürüb.

"Dələduzluqda şübhəli bilinərək axtarışda olan 27 yaşlı blogger Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş 20 cinayət epizodu (külli miqdarda ziyan vurmaqla dələduzluq) törətməkdə ittiham olunub", məlumatda vurğulanıb.

Hazırda Zapirov federal axtarışa verilib. Onun PR direktoru Lusik Karapetyan da Rusiya Daxili İşlər Nazirliyi tərəfindən axtarılır.

Qeyd edilib ki, müttəhim və onun əlaltıları internetdə böyük pul qazanmağa və kapitalı artırmağa imkan verən investisiya sistemini reklam ediblər. Mərc etmək istəyənlərin vəsaəitləri, reklamda bildirildiyi kimi, bukmeker kontorlarına yönləndirilməli idi, lakin vəsaitlər üçüncü tərəfin hesablarına köçürülüb və sonradan nağdlaşdırılıb. 

Təqsirləndirilənlərdən biri həbs edilib, digəri ev dustaqlığındadır, üçüncüsü zaminə buraxılıb. Daha bir təqsirləndirilən şəxs beynəlxalq axtarışa verilib. İstintaqın gedişinə Moskva prokurorluğu nəzarət edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory