Dünya

“Qazprom” bu il qaz ixracını kəskin azaldıb

1 Aprel 2022 18:54
0 Şərh     Baxış: 815
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın "Qazprom" şirkəti 2022-ci ilin ilk üç ayında 135 mlrd. kubmetr qaz hasil edib ki, bu da ötən ilin analoji dövrünün səviyyəsinə uyğundur.

Milli.Az-ın "APA-Economcs"ə istinadən verdiyi məlumata görə, şirkətin qaz nəqli sistemindən daxili bazara tədarükü xüsusilə fevral ayında havaların isti keçməsi ilə əlaqədar olaraq 4,3% (4,2 mlrd. kubmetr) azalıb. Mart ayında isə daxili bazara tədarük keçən ilin müvafiq ayı səviyyəsində olub.

"Qazprom" yanvar-mart aylarında uzaq xaricə 38,5 mlrd. kubmetr qaz ixrac edib, bu da illik müqayisədə 27,1% (14,3 mlrd. kubmetr) azalma deməkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.