Dünya

"Taliban" Avropaya ilk dəfə...

28 Mart 2022 23:39
0 Şərh     Baxış: 1 067
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əfqanıstanda hakimiyyətdə olan "Taliban" qruplaşaması Avropaya ilk dəfə mal ixrac edib.

Milli.Az "report"-a istinadən bildirir ki, bu barədə Əfqanıstanın "Ariana News" telekanalı məlumat yayıb.

Herat vilayətinin Ticarət və İnvestisiya Palatasının rəhbəri Yunus Kazizadənin sözlərinə görə, Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən Lapis Lazuli nəqliyyat dəhlizi ilə 30-a yaxın yük maşınından ibarət karvan regiondan yola düşüb.

Püstə, küncüt, zirə, xalça və badamdan ibarət daşınan yüklərin ümumi dəyəri beş milyon ABŞ dolları qiymətləndirilir.

Telekanalın məlumatına görə, bu mal partiyası "Taliban" ölkədə hakimiyyətə gələndən sonra Əfqanıstandan Avropaya ilk ixracdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.