Dünya

Yaponiya yeni milli təhlükəsizlik strategiyası hazırlayır

28 Mart 2022 16:24
0 Şərh     Baxış: 625
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Martın 27-də Yaponiyanın baş naziri Fumio Kişida ənənəvi çıxışında dünyadakı vəziyyət haqqında danışıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o bəyan edib ki, yeni reallıqlarda yeni milli təhlükəsizlik strategiyasının yaradılması vəzifəsi prioritetdir.

"Rusiyanın Ukraynaya qarşı son təcavüzü beynəlxalq ictimaiyyətin uzun müddət gərgin zəhmət və fədakarlıqla qurduğu beynəlxalq nizamın əsaslarını təhdid edir. Hadisələrin necə cərəyan etməsindən asılı olaraq, dünya və ölkəmiz postmüharibə dövrünün ən böyük böhranı ilə üzləşəcək", -deyə o bildirib.

Baş nazir qeyd edib ki, Yaponiya Rusiyanın hərəkətlərini qətiyyətlə pisləyir, həmçinin təcavüzə qarşı mübarizə aparan və vətənini qorumağa çalışan Ukrayna xalqı ilə möhkəm həmrəyliyini qəti şəkildə nümayiş etdirərək Ukraynaya kömək edir.

"Ölkəmiz ətrafında təhlükəsizlik vəziyyəti kəskin şəkildə dəyişib və xeyli sərtləşib. Bu kontekstdə yeni Milli Təhlükəsizlik Strategiyasının, Müdafiə Planının və Orta Müddətli Müdafiə Hazırlığı Planının işlənib hazırlanması mühüm əhəmiyyət kəsb edir", - hökumət başçısı əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.