Dünya

Bayden ABŞ-da zənginlərə yeni vergi tətbiq etmək istəyir

27 Mart 2022 17:52
0 Şərh     Baxış: 767
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Co Bayden ümumi aktivləri 100 milyon dollardan çox olan Amerika ev təsərrüfatları üçün minimum 20% gəlir vergisi təklif etməyi planlaşdırır.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə şənbə günü CNBC telekanalı əlinə keçən sənədə istinadən məlumat yayıb.

Sənəddə deyilir ki, bu addımın yaxın 10 ildə xəzinəyə təxminən 360 milyard ABŞ dolları gəlir gətirəcəyi gözlənilir. Telekanal qeyd edir ki, bu məbləğin yarıdan çoxunu sərvəti 1 milyard ABŞ dollarından çox olanlardan yığılan vergilərdən əldə etmək olar.

CNBC-nin məlumatına görə, Bayden təklifini martın 28-də təqdim edəcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.